Gələcəyin avtomobillərinin yaradılmasına yeni yanaşma


TNGA qlobal modul arxitekturası
(Toyota New Global Architecture)
Hər cəhətdən ən yaxşı avtomobillərin yaradılması istiqamətində Toyota mühəndisləri layihələndirməyə yeni yanaşma işləyib hazırladılar— TNGA qlobal modul arxitekturası (Toyota New Global Architecture). Arxitekturanın mahiyyəti — sürərkən xüsusi həzz yaşadan parlaq, unikal avtomobillərin yaradılmasıdır.  TNGA arxitekturası baş mühəndislərə hər bir modelin cəlbediciliyinin vurğulanmasına diqqəti yönəltməyə imkan verən unifikasiya edilmiş komponentlərin tətbiqini nəzərdə tutur.


Dizayna yeni yanaşma
Müştərinin dinamik avtomobilin yaradılması tələbinə cavab olaraq Toyota mühəndisləri TNGA arxitekturasının mahiyyətinə avtomobilin dinamik görünüşünü formalaşdıran alçaq və geniş avtomobil profili daxil etdilər. Aşağı ağırlıq mərkəzi alçaq kuzov siluetini yaratmağa imkan verir, kapotun endirilmiş zolağı isə avtomobilin sürətli profilini formalaşdırır.


Funksionallığa yeni yanaşma
Sürücü oturacağının orijinal tərtibatı və alçaq mövqeyi salonun genişliyinə güzəştə getmir. Tavanın dinamik maili xətti salonun daxili sahəsini azaltmamaqla bərabər, sürücü və bütün sərnişinlərinin başlarının üstündə kifayət qədər yer saxlayır. Bununla da, salonun genişliyi bütün zəruri əşyaların əvvəlki qaydada yerləşdiyi yük yerinin hesabına təmin edilmir.


İdarəetmənin yeni səviyyəsi
TNGA modul arxitekturası çərçivəsində yaradılmış yeni modul platforması kuzovun sərtliyinin 60%-dan çox artırılmasını təmin edir. Qapalı güc karkasında yüksək müqavimətli poladın yüngülləşdirilmiş güc qurğuları və yeni tərtibat həlləri ilə birgə geniş tətbiqi maksimal dərəcədə aşağı ağırlıq mərkəzinə zəmanət verir ki, bu da  mükəmməl idarəetmə və dayanıqlılığı təmin edir, eləcə də sürməkdən daha böyük həzz bəxş edir. Əlavə olaraq, sürücüyə avtomobili daha yaxşı hiss etməyə imkan verən enişin dəyişməsini də  qeyd etmək lazımdır.


Təhlükəsizliyin yeni səviyyəsi
Kuzovun yüksək müqavimətli konstruksiyası nəinki mükəmməl idarəetməni təmin edir, eləcə də passiv təhlükəsizliyin əsaslarından birini təşkil edir. Sərnişin salonunun proqramlaşdırıla bilən deformasiya zonaları ilə birlikdə salonun sərt kapsulu sürücü və sərnişini qoruyaraq zərbə enerjisinin udulması və bölüşdürülməsinə imkan verir.