“Toyota Abşeron” komandası dünya təmizlik günündə iştirak edib.


15 sentyabr Dünya təmizlik günündə Toyota Abşeron komandası keçirilən sahilyanı təmizlik aksiyasında iştirak etmişdir.


Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları bir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bilgəh çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirib.
Artıq 21 ildir ki, dünyanın bir çox ölkəsi hər il sentyabr ayının 15-i Beynəlxalq Sahilyanı Təmizlik Günü qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər. Azərbaycan bu beynəlxalq ekoloji aksiyada artıq 7 ildir iştirak edir.
Toyota Abşeron ailəsi də ətraf mühitin, xəzərin sahillərinin qorunmasına biganə qalmadığını göstərmişdir.Şəhərimizin küçələrini , Xəzərimizi və onun sahilyanı ərazilərini ən az evimiz qədər təmiz saxlamalıyıq.

Xəzəri qoruyaq, Xəzər bizim ürəyimizdir.