Toyota məkanı

Dakar rallisində Toyotaya yenə rəqib çıxmadı


  • Toyota Land Cruiser 200 SUV-ları “Dakar-2017” ralli-marafonunda avtomobil seriyaları arasında ən yaxşıları hesab edilmiş və Production/T2 kateqoriyasında bütün podiumu tutmuşdur.
  • Paraqvayın paytaxtı Asunsionda starta çıxmış 79 avtomobildən 36-sı Toyota SUV və Pikap-ları olmuşdur ki, bu da ümumi rəqəmin 45%-ni təşkil edir.
  • Maşrutun bütün çətinliklərinə və əlverişsiz şərtlərə baxmayaraq ispan Nani Roma və Cənubi Afrikalı Jiniel de Vilyers xüsusi hazırlanmış tam ötürücülü, Superproduction/T1 kateqoriyalı “Toyota Hilux” pikaplarda ümumi hesabda 4 və 5-ci yerləri bölüşdülər.
  • Ardıcıl ikinci ildir ki, “Toyota” təşkilatçıları və xidmət personalını etibarlı və davamlı texnika ilə təmin edərək “Dakar”-ın rəsmi avtomobili olaraq qalır.


Təxminən 9 min kilometr məsafə, inanılmaz dərəcədə çətin yol şərtləri, iştirakçıların qarşısına xoşagəlməz sürprizlər çıxaran hava – haqlı olaraq dünyanın ən çətin yarışı adlandırılan “Dakar-2017” ralli-reydi bu deməkdir.

Lakin avtomobil seriyaları hesabında növbəti dəfə qələbə qazanan “Toyota” SUV-larının əyilməz xarakterini heç kim və heç nə ram edə bilmədi. Bununla yanaşı, “Toyota” yarışda təmsil olunduğu ekipaj sayı üzrə bir daha rekorda imza atdı. Əslində, “Toyota” SUV-ları və prototipləri əfsanəvi reyd-marafonun az qala hər ikinci iştirakçısının ilk seçimi olmuşdur.

1979-cu ildə bu ralli-reyd güclü ruhlu pilotlar üçün demək olar ki, avtomobil seriyalarında səhrada macəra kimi düşünülmüşdü. Elə bu səbəblə Toyota ənənəvi olaraq avtomobil seriyaları üzrə hesaba arxalanır. Bu təkcə ənənəyə sadiqlik deyil, həm də “Toyota” avtomobillərinin nüfuzlu “off-road” potensialının və analoqu olmayan etibarlılığının aşkar isbatıdır.

T2 kateqoriyasında ilk üç yer “Toyota Auto Body” zavod komandasının iki pilotu, Kristian Laviel və Akiro Miuro-ya və Denis Berezovskiyə (“Team Astana”) nəsib oldu. Onların hamısı bütün “Dakar” iştirakçıları arasında özünü ən sürətli və ən dözümlü SUV seriyası kimi təsdiq etmiş “Toyota Land Cruiser 200”-də çıxış edirdilər.

Modelin yarış versiyası SUV seriyasından təhlükəsizlik karkası, idman hava filtri, xüsusi şinlər, gücləndirilmiş asqı, naviqasiya avadanlığı da daxil olmaqla cüzi dəyişikliklərlə fərqlənir. Təəccüblü deyil ki, “Land Cruiser 200” yarış avtomobili – Production/T2 kateqoriyasında iştirakçılar üçün ən məşhur yarış avtomobilidir.

Bu ildə Superproduction/T1 sinfində markanın maraqlarını təmsil edən “Toyota GAZOO Racing” komandasının pilotlarına da böyük ümidlər bəslənirdi. Tanınmış və böyük təcrübəyə malik Qatarlı Nasser Al-Attiya və Jinier de Vilyersin sərəncamına özlərini tam təsdiq etmiş “Toyota Hilux” tam ötürücülü modelləri verilmişdi. Təlim-məşq testlərində əldə edilmiş yüksək nəticələr və Dünya kuboku yarışlarında Nasser Al-Attiya / Matyö Bomel ekipajının inamlı qələbəsi, “Dakar”-da da uğurlu çıxışa inam bəsləməyə imkan verirdi. “Toyota GAZOO Racing”-in iki ekipajına mümkün dəstəyi, həmçinin, Belçika firması “Overdrive” tərəfindən hazırlanmış, “Toyota Hilux”-də çıxış edən təcrübəli ispan yarışçı Nani Roma da göstərmişdi.

Əvvəldən də Cənubi Amerikada yarış “Toyota” pilotlarının diktəsi altında keçirdi. Nasser Al-Attiya Paraqvay yollarında keçirilən ralli-reydin ilk mərhələsində inamla qələbə qazanmışdı. Növbəti gün “Toyota GAZOO Racing”-in pilotu ralli üzrə doqquzqat dünya çempionu Sebastian Loebdən cəmi yarım dəqiqə geri qalaraq ikinci yerdə qərarlaşdı. Artıq üçüncü mərhələnin başlanğıcında Al-Attiya yarışda liderliyi özünə qaytardı və rəqibləri ilə arasında olan məsafəni inamla artırmağa başladı. Lakin mərhələnin sonuna doğru uğur Qatarlı yarışçıdan üz döndərdi.  

Avtomobilinin təkərini ciddi zədələyərək Al-Attiya demək olar ki bir saat itirdi. İnanılmaz əngəlləri dəf etmək və sona qədər mücadilə etmək – Al-Attiyanın tək qayəsi idi. Hətta o dərəcədə ciddi qəza ekipajı hədəfə doğru yoldan saxlaya bilmədi. Üç təkərlə də olsa Nasser yolun nəzərəçarpaçaq dərəcədə böyük hissəsini arxada qoyaraq finiş mərhələsinə çata bildi. Sıradan çıxma ralli-reyd üzrə dünya kubokunun hazırki sahibini çox məyus etmiş olsa da,  Qatarlı pilot öz cəsarət və şücaətinə görə yalnız bir hiss duymalıdır – qürur. Bu o andır ki, ekipaj əlindən gələn hər bir şeyi etmişdi.

Daha çox ispan Nani Romanın bəxti gətirdi: “Overdrive” komandasının “Toyota Hilux” pilotu “Dakar”-ın tək ötürücülü baqqi-də “Peugeot” yarışçıları ilə rəqabətə girə bilmiş demək olar ki, yeganə iştirakçısı oldu. Buenos-Ayresdə finiş xəttində Nani Roma ümumi hesabda dördücü olmuşdur. Üçüncü mərhələdəki uğursuzluqdan sonra Jiniel de Vilyers ralli-reydin qalan hissəsini çox layiqli şəkildə keçdi və nəticədə ümumi hesabda 5-ci yerdə finiş etdi.

Seriya modelləri sinfində ənənəvi qələbə və start heyətində rekord sayda Toyota avtomobilləri (79 ekipajdan 36-sı, yəni ümumi iştirakçıların 45%-i Toyota-nı təmsil edirdi) hazırki “Dakar”dan markanın növbəti uğuru kimi danışmağa imkan verir. Toyota sözdə yox işdə özünün misilsiz etibarlılığını, eyni dərəcədə də öz modellərinin fenomenal “off-road” xüsusiyyətlərini nümayiş etdirmiş oldu.

Bundan əlavə, idman mücadiləsinin aspektləri ilə yanaşı qeyd etmək lazımdır ki, hazırki “Dakar”-da, bir il əvvəl də olduğu kimi, “Toyota” “Dakar”-ın rəsmi avtomobili statusunu almışdır. Bütün dəstək maşınları və yarış təşkilatçıları üçün avtomobilləri “Toyota” təmin edirdi.