Yeni Toyota Prado – Toyota Abşeron Mərkəzində!


13 noyabr tarixində Toyota brendinin Azərbaycanda rəsmi dileri olan Toyota Abşeron Mərkəzində yeni nəsil Toyota Prado modelinin təqdimatı keçirilib.
Əfsanəvi Prado modeli kompleks şəkilində yenilənib və daha da mükəmmələşdirilib. Avtomobil bir neçə konfiqurasiyada mövcuddur və hər biri rahatlığı və təhlükəsizliyi təmin edir. Modelin yeniliklərinə tam yeni ön işıqlar, yenilənmiş ön və arxa bamper, işıq sensoru və elektrik tənzimləmələri ilə yan güzgülər, istilik və elektrik qatlama daxildir.

Yeni Prado-da təhlükəsiz idarəetmə üçün bütün şərait yaradılıb: Multi Terrain System vasitəsilə müxtəlif yol şəraitlərində maksimum rahatlıq təmin edən 5 variantın birini seçib yolunuzu rahat davam edə bilərsiniz; 4 ədəd Panoramik 360 dərəcə kameralar isə ətrafa tam nəzarət edir. Yeni "Crawl" sistemi ilə yolsuzluq şəraitində maneələri rahat dəf etmək olar. Bundan əlavə, avtomobilin hündürə qalxma və enmə üzrə iş bucağı artırılıb.

Müştəri 3 mühərrikdən birini seçə bilər: 2.7 və 4.0 litr həcmində iki benzin və 3.0 l dizel mühərriki.

Avtomobil ilə yaxından tanış olmaq və test etmək üçün Toyota Abşeron Mərkəzinə müraciət edin.

Toyota Abşeron Mərkəzi 2016-cı ildən fəaliyyət göstərir və mərkəzimiz Toyotanın GOLD konsepsiyasına tam uyğun olan ilk mərkəzdir.
Belə ki, tamamilə şəffaf konsepsiya ziyarətçilərin ustaların işini izləməsinə və bütün prosesləri öz gözləri ilə görməsinə şərait yaradır. Burada həm yeni Toyota avtomobillərinin satışı həyata keçirilir, həm zəmanət üzrə servis, həm də avtomobillərin ümumi təmiri xidməti göstərilir. Həmçinin, Toyota Abşeron Mərkəzi təlimlərdən keçmiş peşəkar ustaları və böyük ehtiyat hissələri bazası ilə sizin xidmətinizdədir.