Yenilənmiş Toyota C-HR güclü Hibrid versiyasında.


2016-cı ildə Cenevrə avtomobil sərgisində nümayiş olunan kompakt krossover Toyota C-HR, artıq yeniləndi.

Xarici görünüş olaraq avtomobilin ön və arxa hissəsində ciddi dəyişikliklər olmasada halogen işiqlar yeni həm ön həm də arxada LED işıqlar ilə əvəz olunub.

Texniki olaraq sükanın elektron gücləndiricisi təkmilləşdirilib ki, buda idarəetməni daha informativ edir.

Eləcədə avtomobil daha keyfiyyətli səs izolyasıyası ilə təmin olunub.

Bu avtomobil 152 at gücü tutumlu Dynamic Force ailəsinin iki litrlik atmosfer "dördlüyünə" əsaslanan yeni bir hibrid mühərrik ilə təchiz olunub ki, birbaşa növbəli elektromexanik variator vasitəsilə, 80 kVt (109 a/g) və 202 N • m yüksək zirvəsi olan bir sinxron elektrik mühərriki ilə əlaqələndirilir.

Nikel metal hibrit dartma batareyasının gücü 6.5 Amp. 216 voltluq bu sistem Lexus UX və Avropa Corollasında artıq istifadə olunur. Onun ümumi dönüşü 184 qüvvədir ki, bu da ən yüksək modifikasiya hesab olunur. Əvvəlki 122 at gücünə malik 1.8L hibrid mühərriki də istehsalda qalır. Elektrik versiyası ilə bağlı isə, hələ heç bir məlumat yoxdur.