Broşur sifariş etmək
Test-drayva yazıl
Texniki qulluq üçün qeydiyyatdan keçin
Diler ilə əlaqə
Müştəriyə dəstək
ICHIBAN 2019: TOYOTA ABŞERON MƏRKƏZİ AVROPANIN ƏN YAXŞI DİLERLƏRİ ARASINDA

ICHIBAN 2019: TOYOTA ABŞERON MƏRKƏZİ AVROPANIN ƏN YAXŞI DİLERLƏRİ ARASINDA


Toyota-nın Azərbaycandakı rəsmi dileri Toyota Abşeron Mərkəzi açılışının 3-cü ilini qalibiyyət xəbəri ilə qeyd edir. Belə ki, Mərkəz Toyota-nın Avropadakı ən yaxşı dilerlərinə verilən Ichiban 2019: The best Toyota Retailers mükafatını qazananlar sırasındadır. 2500-dən çox diler arasında keçən qızğın yarışda yalnız 45 nümayəndə bu mükafata layiq görülüb.

“Ichiban” sözü yaponcada “Nömrə bir” deməkdir və bu mükafat hər il öz şəhərində müştərilərə ən üstün xidmət göstərən, onları dinləyən və düzgün yardım göstərən dilerlərin əməyini qiymətləndirmək üçün verilir. Cenevrə gölü sahilində keçirilən mükafatlandırma mərasimində qalibləri təbrik etmək üçün Toyota Motor Avropanın CEO-su Yohan van Zil və fəxri qonaq, paralimpiyaçı Tayron Pilley iştirak ediblər.

Toyota Abşeron Mərkəzi artıq 3-cü ilini qeyd etdiyi fəaliyyəti dövründə müştərilərinə daima ilk gündən söz verdiyi yüksək xidmət səviyyəsini təqdim edib. Toyota-nın ustaların işini və təmir prosesini izləməyə imkan verən şəffaf GOLD salon konsepsiyası yalnız Toyota Abşeron Mərkəzində mövcuddur. Ümumi sahəsi 1000 m2 olan geniş salonda ziyarətçilərə bütün model cərgəsi nümayiş edilir, geniş ehtiyat hissələri bazası təklif edilir, test-drayv, zəmanət üzrə servisdən yararlanmaq və rahat istirahət zalında gözləmək imkanı verilir. Müştərilərə təlimlərdən keçərək sertifikatlar almış peşəkar ustalar və təcrübəli satış mütəxəssisləri xidmət göstərir.

Toyota Abşeron Mərkəzi Bakı-Sumqayıt şossesi 6-cı km. ünvanında yerləşir. Əlaqə üçün: Tel.: +994 12 349 00 60 / *0110 Email: info@toyota-absheron.az Web: www.toyota-absheron.az







Sizin "cookie" tənzimləməriniz

Toyota veb-saytları "cookie"-lərdən sizi daha təhlükəsiz təcrübə ilə təmin etmək, saytın ümumilikdə funksionallığını artırmaq və məzmunu fərdiləşdirmək məqsədilə istifadə edir.

"Cookie" siyasətimizi qəbul etməklə, məlumatlarınızın Toyota veb-saytından toplanması üçün bizə icazə verirsiniz. Daha ətraflı öyrənin və ya tərcihlərinizi dəyişmək üçün irəli davam edin "Cookie" tənzimləmələri Səhifəsi.

OK