Broşur sifariş etmək
Test-drayva yazıl
Texniki qulluq üçün qeydiyyatdan keçin
Diler ilə əlaqə
Müştəriyə dəstək

Korporativ satışlar


“Toyota Abşeron Mərkəzi”MMC şirkəti korporativ satış sektoruna xüsusi diqqət ayırır və Müştərilərlə qarşılıqlı mənafeyə əsaslanan uzunmüddətli münasibətlərin qurulmasında maraqlıdır. Korporativ müştərilərə Toyota alarkən fərdi şərtlər təklif edirik. Menecer hər zaman Sizə tələblərinizi və ümidlərinizi maksimal dərəcədə doğruldacaq avtomobil, həmçinin qısa müddətdə sərfəli şərtlər təklif etməyə hazırdır.

Avtomobil mərkəzindən fərdi təklif alın

Sizə fərdi təklif etməkdən şad olarıq. Zəhmət olmasa, sizi maraqlandıran modeli və avtomobil sayını, nəzərdə tutduğunuz şərtləri, həmçinin əlaqə nömrələrinizi qeyd edin. Mütəxəssisimiz sizinlə əlaqə saxlayıb istəklərinizi müzakirə edəcək və qarşılıqlı mənafeyə uyğun təklif hazırlayacaq.

Avtomobillərə xidmət

Avtomobilinizi işlətdiyiniz müddətdə texniki nöqsanların olmamasının Siz və biznesiniz üçün nə qədər vacib olduğunu bilirik. Toyota avtomobillərinin yüksək etibarlılığı peşəkar servis xidməti ilə birləşdikdə avtomobilin texniki vəziyyəti barədə narahat olmağa, həmçinin xidmət üçün vaxtınızı və xərclərinizi planlaşdırmağa əsas qalmır.
“Toyota Abşeron Mərkəzi”MMC avtomobil mərkəzi Korporativ müştərilərə servis xidmətlərində, ehtiyat hissələri və aksessuarların alınmasında endirimlər təklif etməyə hazırdır.
Toyota avtomobillərini seçdiyiniz üçün sizə minnətdarıq və avtomobilləri alarkən xüsusi şərtlər təklif etməyə hazırıq.




Toyota şirkətinin dileri kimi, biz aşağıdakı prinsiplərə görə cavabdehlik daşıyırıq:

  • Personalımız hər zaman sizi ofisimizdə qarşılamağa şad olacaq
  • Sizə həmişə tez və nəzakətli xidmət göstəriləcək
  • Avtosalona daxil olduğunuzda əməkdaşlarımız sizinlə birlikdə avtomobilə baxış keçirəcəklər və hər-hansı texniki problem müzakirə etməyə hazır olacaqlar
  • Təmir və ya istismarı seçməyinizdən əvvəl əməkdaşlarımız sizə mütləq qiymət təklifi təqdim edəcəklər
  • Siz hər zaman əvvəlcədən razılaşdırılmış zamandan təmir olunmuş avtomobili təhvil alacaqsınız
  • Biz mümkün olduğu qədər ziyarətinizi rahat etməyə çalışacayıq
  • Avtomobilinizi sizə təhvil vermədən əvvəl onu tam şəkildə yoxlayacağıq
  • Avtomobiliniz sizə hər zaman vəd olunan vaxtda təhvil veriləcək
  • Sizə yerinə yetirilən işlərin və hesab-fakturanın tam açıqlaması təqdim ediləcək
  • Əgər bunu lazım bilirsinizsə, sizə yol yürüşü yoxlaması imkanı yaradılacaq
  • İstismar zamanı avtomobilizin vəziyyət hər zaman yoxlanılacaq
  • Bizi ziyarət etdiyinizdən bir neçə gün sonra göstərilən xidmətlərinizin keyfiyyəti haqqında fikrinizi öyrənmək üçün sizinlə əlaqə saxlayacağıq



Total cost of ownership (TCO)


Total cost of ownership (TCO) Toplam istismar xərcləri - avtomobilin qiyməti və müəyyən bir müddətdə xərclənən istismar xərcləridir.
Avtomobili əldə etmək qərara gəldikdən əvvəl şirkət nümayəndəsi avtomobilin hansı qısamüddətli və uzunmüddətli xərclərin olunması haqqında məlumatın bilməsi vacibdir.


Toyota Abşeron mərkəzi seçiminizi asanlaşdırmaq üçün bu məlumatı hazırlayıb sizə təqdim edirik.


Əlavə olunmuş faylda Siz avtomobilin ümumi dəyəri və istismar xərcləri haqqında məlumatı əldə edə bilərsiniz.


Hər hansı sualınız yaranarsa bizim şirkət nümayəndəsi ilə əlaqə saxlaya bilərsiniz


Korporativ satış menecerimiz: Savalan Rəkidə
Telefon: 012 349 00 60
E-Mail: savalan.rekide@toyota-absheron.az




Operational leasing - Uzun müddətli icarənin üstünlüklərindən sizdə yararlanın!


Operational leasing Uzun müddətli icarəni seçdikdə İcarəçi şirkət sizin seçdiyiniz avtomobili alacaq və müvafiq məbləğdə aylıq ödənişlər (bir sıra xərclər daxil) qarşılığında sizə avtomobil uzun müddətli icarəyə veriləcək.
Uzun müddətli İcarə yalnız korporativ müştərilərə şamil olunur. Əməkdaşlıq etdiyimiz şirkətlərin təklifləri barədə daha yaxından tanış olmaq üçün xahiş edirik aşağıda qeyd olunan məlumatları nəzərdən keçirəsiniz.”


Quotation_Toyota_Absheron_AVIS.pdf


Sizin "cookie" tənzimləməriniz

Toyota veb-saytları "cookie"-lərdən sizi daha təhlükəsiz təcrübə ilə təmin etmək, saytın ümumilikdə funksionallığını artırmaq və məzmunu fərdiləşdirmək məqsədilə istifadə edir.

"Cookie" siyasətimizi qəbul etməklə, məlumatlarınızın Toyota veb-saytından toplanması üçün bizə icazə verirsiniz. Daha ətraflı öyrənin və ya tərcihlərinizi dəyişmək üçün irəli davam edin "Cookie" tənzimləmələri Səhifəsi.

OK