Broşur sifariş etmək
Test-drayva yazıl
Texniki qulluq üçün qeydiyyatdan keçin
Diler ilə əlaqə
Müştəriyə dəstək

Corolla

Corolla HIBRID

Toyota Corolla - standart olmayan standart

-dən başlayaraq 42200 AZN

Yeni nəsil Corolla idarəetməsi

Eyni ad altında dünyaya ilk dəfə təqdim edilən yeni Corolla yeni hazırlanmış TNGA platformasının sayəsində ürəkaçan idarəetmə imkanları verir. Dizayn və texniki xüsusiyyətlərə tam yeni yanaşma əsasında hazırlanmış, dünyanın ən çox satılan avtomobili yeni yastı eksteryerə, tam yenilənmiş interyerə, təkmilləşdirilmiş texnologiyalara və ən vacibi, yenilənmiş təhlükəsizlik funksiyalarına sahibdir. Corolla geri qayıdıb və indi o, həmişəkindən daha mükəmməldir.

Avtomobil şəhər üçün dizayn edilib, uzaqlara səfər etmək üçün yaradılıb.

Dəbli, effektiv və rahat yeni Corolla həyat tərzindən asılı olmayaraq hər kəsə avtomobil idarə etməyin ən yüksək zövqünü yaşadır. Şəhərdə hərəkət etməyinizdən, ya da şosse boyunca səfər etməyinizdən asılı olmayaraq, aşağıda duran ağırlıq mərkəzinin, yeni çoxəlaqəli arxa asqısının və daha həyəcanverici idarəetmə üçün tam yenilənmiş ön asqısının tamamladığı super-möhkəm strukturu hər zaman hiss edəcəksiniz.

  • Heyrətləndirmək üçün yaradılmışdır

    Corolla zərif, axıcı cizgilər və geniş, lakin incə korpusunun vurğuladığı danılmaz güc hissinə malikdir. Avtomobilin fərqli eksteryeri, zəngin müasir detalları, LED işıqları, xrom bəzəkləri və 18 düymlük iki rəng çalarlı yüngül lehimli diskləri ilə tamamlanır.

  • Mükəmməl, geniş və rahat

    Düşünülmüş texnologiyalar və mükəmməl komfort təklif edən interyer hər bir sərnişinə dinclik və rahatlıq gətirir. Ağıllı saxlama yerlərinə, ayaqların qoyulması üçün geniş sahəyə və mükəmməl işləməyə malik olan bu interyerlə səfəriniz getdiyiniz yer qədər xoş olacaq.

  • Müasir dövr üçün ideal avtomobil

    İnqilabi Toyota Yeni Qlobal Arxitektura (TNGA) platforması əsasında hazırlanmış Corolla mükəmməl idarəetmə imkanları bəxş edir. Corolla təkmilləşdirilmiş asqısından və dinamik qaldırıcısından aşağıda duran ağırlıq mərkəzinə və 1,8 litrlik hibrid benzin mühərrikinə qədər hər detalı ilə müasir dövrün idealıdır.

Hər detalı ilə heyranedici avtomobil

Yeni Corolla mükəmməl idarəetmədən daha çox şey ifadə edir: rahat sürücü kabini istəklərinizi qarşılamaq üçün dizayn olunmuşdur, yenilənmiş Toyota Safety Sense təhlükəsizlik paketi isə hər yol istifadəçisini maksimal dərəcədə qoruyur.

Yanacaq səmərəliliyi, aşağı emissiyalar və mükəmməl idarəetmə

Yanacaq səmərəliliyi, aşağı emissiyalar və mükəmməl idarəetmə

Yeni Corolla mükəmməl idarəetmə, intuitiv nəzarət və qənaətli yanacaq sərfiyyatını təmin etmək üçün hazırlanmışdır.

İstifadəsi asan ağıllı texnologiyalar

İstifadəsi asan ağıllı texnologiyalar

Səs tanıma funksiyası kimi özəllik ilə siz əlinizi sükan çarxından götürmədən zəng edə və musiqini dəyişə bilərsiniz. Avtomobiliniz üçün hazırlanmış xidmətlər dəsti olan MyT həyatınızı daha da asanlaşdırmağa və həqiqi təkmil idarəetmədən həzz almağa imkan verir.

Hər zaman ürək rahatlığı

Hər zaman ürək rahatlığı

Toyota Safety Sense təhlükəsizlik paketi sürücüyə yardımı yeni zirvələrə qaldırır. Sistem toqquşmadan yayınmağa kömək edə biləcək daha təkmil funksiyalar ilə təchiz edilmişdir. Əmin ola bilərsiniz, ağıllı sistem hər zaman köməyinizə çatmağa hazırdır.


Siz hansı Corolla modelini seçirsiniz?

Sizin "cookie" tənzimləməriniz

Toyota veb-saytları "cookie"-lərdən sizi daha təhlükəsiz təcrübə ilə təmin etmək, saytın ümumilikdə funksionallığını artırmaq və məzmunu fərdiləşdirmək məqsədilə istifadə edir.

"Cookie" siyasətimizi qəbul etməklə, məlumatlarınızın Toyota veb-saytından toplanması üçün bizə icazə verirsiniz. Daha ətraflı öyrənin və ya tərcihlərinizi dəyişmək üçün irəli davam edin "Cookie" tənzimləmələri Səhifəsi.

OK