Toyota Trade-in
Trade İn və Toyota ikinci əl avtomobilləri
Təklif etdiyimiz İkinci əl avtomobillər tam saz vəziyyətdə, servis tarixçəsi ilə təklif olunur. Avtomobilləri həm nağd, həm də kredit yolu ilə əldə etmək olar.
Trade-in nədir?
Trade-in ikitərəfli mübadilə sistemidir. Bu proses sizin yürüşü olan avtomobili qəbul edərək bizdən alınan yeni avtomobilin hesabına yerinə yetirilməkdədir.
Bu necə olur?
İlk öncə biz sizdən təhvil alınan avtomobilin qiyməti haqqında qarşılıqlı razılaşma əldə edirik. Sonra siz köhnə avtomobilinizin açarlarını bizə təhvil verərək, bizdən yenisi ilə ayrılırsınız. Bütün danışıqlar boyunca sizinlə personal menecer işləyəcək və bu da sizə individual yanaşma və maksimum rahatlıq bəxş etmiş olacaq.
Trade-in ilə qəbul olunan avtomobillərə hansı tələblər var?
Biz istənilən markalı, işlək vəziyyətdə olan, ciddi yol qəzalarında xələl görməyən, qaçırılmış və axtarışda olmayan avtomobilləri qəbul edirik.
Trade-in sistemi ilə ikinci əl avtomobilin alışı mümkündürmü?
Bəli, mümkündür, həm də eyni qaydada trade-in-in bütün şərtləri əsasında.
İkinci əl avtomobillər yoxlamadan keçirmi?
Bəli, bütün təklif etdiyimiz ikinci əl avtomobillər bütün yoxlamalardan keçib sizə tam saz və işlək vəziyyətdə təklif olunur. Həmçinin siz servisimizdə baxış keçirilən avtomobillərin servis tarixçəsini əldə edə bilərsiniz. Bunula siz bütün xoşagəlməz hallardan sığortalanmış olursunuz.