Xüsusilə, şəhər həyatımızda təmiz havada nəfəs almaq hissi bənzərsizdir. Toyota salon hava filtrləri ilə bu hiss adiləşə bilər, belə ki, onlar salonunuzun daxilindəki havanı təmiz, saf və nəfəs alarkən xoş təsir bağışlayacaq şəkildə saxlamaqla həyati əhəmiyyətli rol oynayırlar.
Biz ildə bir dəfə və ya 10,000 km-də salon hava filtrini yoxlamağınızı tövsiyə edirik, səbəbi isə:
- Hava filtrləri qıcıqlandırıcı və çirkləndirici maddələri - tozcuqlar, ozon, toz və işlənmiş qazların qarşısını alaraq sizin sağlam qalmanıza kömək edir
- Onlar sizin havanızı təmiz saxlamaqla səyahətinizi daha əyləncəli hala gətirirlər
- Onlar istənilən hava şəraitində avtomobilinizin hava ventilyasiya sisteminin performansının saxlanılmasına kömək edir
Filtr növləri
Seçim üçün təqdim edilən iki növ filtrdən öz fərdi ehtiyacınıza ən çox uyğun gələnini seçə bilərsiniz:
Toyota standart salon hava filtri
Yüksək keyfiyyətli toxunmamış parçadan hazırlanmış hava filtri əsas hava çirkləndiricilərini onlar Toyotanıza daxil olmadan əvvəl kənarlaşdırır.
Toyota gücləndirilmiş salon hava filtri
Yüksək keyfiyyətli toxunmamış parçadan və bir qat aktivləşdirilmiş kömürdən hazırlanmaqla o, standart filtrdən 25% daha çox çirkləndirici, eləcə də allergen maddələr və işlənmiş qazları kənarlaşdırır.