Toyota-dan xüsusi servis kampaniyası
“Kaizen” - davamlı təkmilləşmə prinsipi
Yapon dilindən “davamlı təkmilləşmə” kimi tərcümə olunan “kaizen” – Toyota şirkətinin korporativ fəlsəfəsinin əsasını təşkil edir. Şirkətimiz bu yanaşmanı təkcə avtomobillərin ərsəyə gətirilməsi deyil, həm də mövcud avtomobillərin monitorinq prosesi və diaqnostikası ərzində tətbiq edir. Məhz bu səbəbdən Toyota şirkəti müntəzəm olaraq xüsusi servis kampaniyalarını işləyib hazırlayır. Bu kampaniyalar, Toyota avtomobillərinə şamil edilən peşəkar işlərin pulsuz həyata keçirilməsini ehtiva edir.
Belə kampaniyalar haqqında məlumatları Toyota’nın rəsmi internet səhifəsində verilmiş birbaşa linkdən www.toyota-absheron.az/vincheck əldə etmək mümkündür. Bu səhifəyə avtomobilinizin 17 rəqəmli şassi nömrəsini (VIN kod) daxil etməklə, Toyota’nın Qafqazdakı rəsmi dilerlərindən əldə edilmiş avtomobil üçün peşəkar servis xidmətlərini təyin etmək mümkündür. Bəzi hallar olur ki, avtomobillər rəsmi regional dilerdən əldə edilmir.
Bu halda, Toyota, şassi kodunu emin.hasanov@toyota-absheron.az e-poçtuna göndərməklə, şassi kodunu qlobal sistemdə yoxlamaq üçün əlavə opsiya təklif edir.
Əgər sistem şassi kodunun etibarlılığını müəyyən edərsə, avtomobil sahibi Toyota-nın Azərbaycandakı rəsmi dilerləri – Toyota Bakı Mərkəzi, Toyota Abşeron Mərkəzi və ya Toyota Gəncə Mərkəzi ilə əlaqə saxlamalıdır. Kampaniyada təklif edilən işlər pulsuz təklif ediləcək. Nəzərə almaq lazımdır ki, yeni servis kampaniyaları haqqında məlumatlar müntəzəm olaraq yenilənir və bu baxımdan, avtomobilinizin şassi kodunu bir deyil, müntəzəm olaraq yoxlamağınız daha yaxşı olar.
TOYOTA-nı seçdiyinizə görə çox sağ olun!