Broşur sifariş etmək
Test-drayva yazıl
Texniki qulluq üçün qeydiyyatdan keçin
Diler ilə əlaqə
Müştəriyə dəstək

RAV4

RAV4 HIBRID

Rav4. Qüsursuz keyfiyyət

-dən başlayaraq 53900 AZN

Güzəştsiz

RAV4 idarə edilmək üçün yaradılmış və fərqlənmək üçün dizayn edilmişdir. İnnovativ özü enerji yığan hibrid ötürücü elektrik gücünün bütün imkanlarından rahat yararlanmağınızı təmin edir. Rahat olduğu qədər də geniş olan interyer ilə, siz şəhər içində maksimum təhlükəsiz, rahat və güzəştləri geridə qoyaraq sürə bilərsiniz.

Hər mənada mükəmməl RAV4.

Zərif dizayna və özünəməxsus görünüşə malik RAV4 dəb və texnologiya ilə əsl yolsuzluq avtomobili xarakterini bir araya gətirir.

  • Möhtəşəm dizayna malik görünüş

    RAV4-ün yola hakim olan güclü korpusu eleqant ön LED işıqları, cəsarətli profil silueti və unikal arxa LED işıqlar ilə individual və incə görünüş yaradaraq diqqəti cəlb edir.

  • Sizin üçün yaradılmış interyer dizaynı

    Özünüzü rahat hiss edə biləcəyiniz fərqli və universal salon. RAV4 müasir, yaxşı düşünülmüş və lazımi texnologiya ilə təchiz olunmuş interyerə malikdir.

  • RAV4 digər yolsuzluq avtomobilləri kimi deyil.

    İnnovativ TNGA* platforma sayəsində, avtomobilin çəkisi və ağırlıq mərkəzi daha da aşağı salınmış, şassi möhkəmliyi və sürücünün görmə sahəsi isə artırılmışdır. Nəticə isə - istənilən yerə zövqlə və təhlükəsiz gedə biləcəyiniz, yüksək imkanlara malik yolsuzluq avtomobili.

Üslub, təhlükəsizlik və yeni imkanların misilsiz balansı.

RAV4 özünün möhkəm xarici dizaynı və müasir daxili interyeri ilə, həmçinin onu daha əminliklə idarə etməyinizə imkan verən geniş çeşidli aktiv təhlükəsizlik xüsusiyyətləri ilə yaratdığı möhtəşəm avtomobil obrazına tam uyğundur.

Yanacaq səmərəliliyi, aşağı emissiyalar və mükəmməl idarəetmə

Hər şəhər və istənilən yol üçün yaradılmışdır.

RAV4 sürətli magitrallardan tutmuş emissiya məhdudiyyətli və çətin şəhər yol şərtlərinə kimi istənilən idarəetmə vəziyyətlərində sizə əminlik bəxş edir.

İstifadəsi asan ağıllı texnologiyalar

Hər bir sərnişin üçün maksimal rahatlıq

Siz öndə avtomobili idarə etmək üçün yüksək mövqe və sizə əsl komfortu yaşadacaq oturacaqlar, arxada isə sərnişinlərin komfortla otura biləcəyi və ayaqlarını rahatlıqla uzada biləcəyi enli oturacaqlar əldə edirsiniz

Hər zaman ürək rahatlığı

Bütün yol istifadəçiləri üçün ürək rahatlığı.

Daha təkmil funksiyalarla təchiz edilmiş "Toyota Safety Sense" təhlükəsizlik paketi sürücüyə yardım funksionalının imkanlarını yeni zirvələrə qaldırır. Əmin ola bilərsiniz, ağıllı sistem hər zaman köməyinizə çatmağa hazırdır.


Siz hansı RAV4 modelini seçirsiniz?

Sizin "cookie" tənzimləməriniz

Toyota veb-saytları "cookie"-lərdən sizi daha təhlükəsiz təcrübə ilə təmin etmək, saytın ümumilikdə funksionallığını artırmaq və məzmunu fərdiləşdirmək məqsədilə istifadə edir.

"Cookie" siyasətimizi qəbul etməklə, məlumatlarınızın Toyota veb-saytından toplanması üçün bizə icazə verirsiniz. Daha ətraflı öyrənin və ya tərcihlərinizi dəyişmək üçün irəli davam edin "Cookie" tənzimləmələri Səhifəsi.

OK