Broşur sifariş etmək
Test-drayva yazıl
Texniki qulluq üçün qeydiyyatdan keçin
Diler ilə əlaqə
Müştəriyə dəstək
Bu lotereya Toyota Abşeron Center MMC (Ünvan:Bakı-Sumqayıt şossesi, 6-cı km) şirkəti tərəfindən həyata keçirilir.

Bu lotereya Toyota Abşeron Center MMC (Ünvan:Bakı-Sumqayıt şossesi, 6-cı km) şirkəti tərəfindən həyata keçirilir.

Toyota Abşeron Mərkəzinin servisində bir dəfəyə 121 AZN xərcləmiş hər bir müştəri lotereya kuponu əldə edə bilər. Servis xidmətinə görə xərclənmiş məbləğ bundan çox olsa belə, bir dəfəyə yalnız bir kupon verilir. İstənilən müştəri hər servis zamanı bu məbləği xərclədikdə yenidən növbəti kuponu əldə edə bilər. Hər bir bilet perforasiya vasitəsi ilə 2 (iki) eyni nömrəli hissəyə bölünür. Lotereya biletinin üzərində onun seriya nömrəsi, müştərinin adı, soyadı və servis xidmətinə görə açılmış iş kartının nömrəsi əks olunur. Uduş fondunun oynanılması həmin sıra nömrəsinə görə həyata keçiriləcəkdir. Perforasiya vasitəsi ilə ayrılmış və üzərində lotereyanın keçirilməsinə dair məlumat əks olunmuş lotereya biletinin bir hissəsi bilet sahibində qalır, digər hissəsi isə lotereyanın keçirilməsi üçün nəzərdə tutulan qutuya atılır.

Lotereya uduş fondunun 3 qalibi seçiləcək. Qalibləri aşağıdakı hədiyyələr gözləyir:

Əsas mükafat – Toyota Corolla Live 1.6 l benzin 09/21 komplektasiyalı avtomobili,Toyota Kasko sığorta paketi və iPhone 12 64gb

Yuxarıda qeyd olunan müəyyən edilmiş uduş oynanılmamışdan əvvəl uduşda olan mükafatın adı elan ediləcək və münsiflər heyəti lotodromu fırladaraq qarışdırdıqdan sonra içərisindən təsadüfi 1 (bir) bileti çıxaracaq. Həmin biletin sıra nömrəsinin sahibi elan edilmiş uduşun qalibi hesab olunacaq. Yenidən uduş fondunda olan uduşlardan hər hansı biri elan ediləcək, lotodrom qarışdırılacaq və eyni qaydada elan olunmuş mükafatın sahibi seçiləcək. Lotereya müddəti 01.09.2021-ci il tarixdən 23.12.2021-ci il tarixinə qədərdir. Tirajın uduş fondunun oynanılması 24.12.2021 tarixində baş tutacaq. Tiraj Bakı-Sumqayıt şossesi 6-cı km ünvanında yerləşən Toyota Abşeron Mərkəzinin Instagram və Facebook səhifəsində canlı yayımlanacaq. Uduş fondunun oynanılması nəticəsində qalib gələn sıra nömrələri haqqında məlumat yuxarıda qeyd olunan rəsmi səhifələrdə 5 iş günündən gec olmayaraq dərc olunacaqdır. Qalib lotereya sahibi 90 iş günü ərzində Toyota Abşeron Center MMC-nin Bakı-Sumqayıt şossesi, 6-cı km ünvanında yerləşən inzibati binasından uduşlu kuponu və şəxsiyyət vəsiqəsini təqdim etməklə 30 təqvim günündən gec olmayaraq uduş mükafatını əldə edə bilər.

Lotereyanın keçirilməsinə AR Mərkəzi Bankı tərəfindən 30.07.2021-ci il tarixli 22-00897-2021 nömrəli icazəsi əsasında verilmişdir.

Sualınız yaranarsa, müraciət edin: +994 12 349 00 60 / *0110
Sizin "cookie" tənzimləməriniz

Toyota veb-saytları "cookie"-lərdən sizi daha təhlükəsiz təcrübə ilə təmin etmək, saytın ümumilikdə funksionallığını artırmaq və məzmunu fərdiləşdirmək məqsədilə istifadə edir.

"Cookie" siyasətimizi qəbul etməklə, məlumatlarınızın Toyota veb-saytından toplanması üçün bizə icazə verirsiniz. Daha ətraflı öyrənin və ya tərcihlərinizi dəyişmək üçün irəli davam edin "Cookie" tənzimləmələri Səhifəsi.

OK