Broşur sifariş etmək
Test-drayva yazıl
Texniki qulluq üçün qeydiyyatdan keçin
Diler ilə əlaqə
Müştəriyə dəstək
Toyota yenidən dünyanın ən bahalı avtomobil brendi kimi tanınıb.

Toyota yenidən dünyanın ən bahalı avtomobil brendi kimi tanınıb.

Toyota ardıcıl olaraq üçüncü dəfədir ki, Forbesin versiyasına görə dünyanın ən bahalı avtomobil brendi kimi təsdiq olunub.

100 ən iri qlobal ticarət markalarından ibarət reytinqdə Toyota ən yaxın avtomobil rəqibini 8 mövqe qabaqlayaraq, 6-cı yeri tutub.
Toyotanın növbəti uğuru qabaqcıl texnologiyalar, bazarın tələbatına əla uyğunluq, dəyişməz keyfiyyət və avtomobillərin misilsiz uzunömürlülüyü sayəsində mümkün olub.

Brendin qiymətləndirmə dəyərinə görə 2003-cü ildən 2016-cı ilə qədər dövr ərzində Toyotanın dünya lideri statusu nüfuzlu reytinqlərin nəticələri ilə 20 dəfə təsdiqlənib. Toyota dünyanın ən nüfuzlu və məşhur işgüzar nəşrlərindən biri olan Forbesin versiyasına görə üçüncü dəfə dünyada ən bahalı avtomobil brendi titulunu qazanıb. Toyota brendi The World's Most Valuable Brands siyahısına daxil edilən avtomobil brendləri arasında şübhəsiz liderdir. Forbesin tədqiqatının nəticələrinə görə Toyota 100 ən iri qlobal ticarət markalarının ümumi siyahısında 6-cı yeri tutur. Toyota brendi 8 mövqe irəliləməklə Forbes siyahısının ilk yüzlüyünə daxil olan 12 avtomobil brendi arasında ən yaxın rəqibini qabaqlayır.

Forbesin qiymətiləndirməsinə görə Toyota brendinin dəyəri 42,1 milyard dollar təşkil edir, bu, 2015-ci illə müqayisədə 11% çoxdur. Bir il ərzində 3 mövqe irəliləyərək, Toyota öz sahəsində ən qabaqcıl texnoloji həlləri təklif edən ən iri şirkətlərlə birlikdə Forbes siyahısının ön sıralarında yer tutur. Toyota brendinin yeni mövqeyi avtomobil sahəsinin gələcəyini müəyyən edən qabaqcıl texnologiyalar,bazarın tələbatına əla uyğunluq, dəyişməz keyfiyyət və avtomobillərin misilsiz uzunömürlülüyü sayəsində mümkün olub.

Sizin "cookie" tənzimləməriniz

Toyota veb-saytları "cookie"-lərdən sizi daha təhlükəsiz təcrübə ilə təmin etmək, saytın ümumilikdə funksionallığını artırmaq və məzmunu fərdiləşdirmək məqsədilə istifadə edir.

"Cookie" siyasətimizi qəbul etməklə, məlumatlarınızın Toyota veb-saytından toplanması üçün bizə icazə verirsiniz. Daha ətraflı öyrənin və ya tərcihlərinizi dəyişmək üçün irəli davam edin "Cookie" tənzimləmələri Səhifəsi.

OK