Broşur sifariş etmək
Test-drayva yazıl
Texniki qulluq üçün qeydiyyatdan keçin
Diler ilə əlaqə
Müştəriyə dəstək
29 sentyabr 2018-ci il tarixində Amburan Beach Club-da Toyota Abşeron Mərkəzinin təşkil etdiyi Toyota model sırasının test-drayv festivalı baş tutub.

29 sentyabr 2018-ci il tarixində Amburan Beach Club-da Toyota Abşeron Mərkəzinin təşkil etdiyi Toyota model sırasının test-drayv festivalı baş tutub.


Ötən istirahət günlərində Toyota şirkətinin Azərbaycandakı rəsmi dileri olan Toyota Abşeron Mərkəzi avtomobillərin test-drayv festivalı keçirib.


20 dəqiqəlik məsafədə yerləşən Bilgəhdə, Amburan Beach Club-da yeni təəssüratlar almaq həvəslərini tam təmin etdilər!
Tədbirin 120-dən çox qonağı Toyota Fortuner, Toyota Hilux, yenilənmiş Toyota Land Cruiser Prado, populyar və biznes-klassın ən yaxşı sedanlarından biri olan Toyota Camri, eləcə də Toyota C-HR krossoveri daxil olmaqla Toyotanın sedan, SUV və krossoverlər model sırasını test etdilər. Toyota Abşeron Mərkəzinin nümayəndələrinin rəhbərliyi altında iştirakçılar öz təcrübələrində avtomobillərin texniki üstünlüklərinə, imkanlarına, dinamikasına və rahatlığına əmin ola bildilər, avtomobillərə xidmətetmə və təqdim olunan servis xidmətləri barədə konsultasiya ala bildilər.
Test-drayvlardan əlavə, qonaqlar üçün dadlı taamlar, DJ parlaq çıxışı, eləcə də xatirə hədiyyələri hazırlanmışdı.
Test-drayv festivalının qonaqlarından biri Ramin Bağırov ümumi fikri bildirərək dedi: “Əla hazırlanmış tədbir, gülərüz nümayəndələr və məsləhətçilər, və əlbəttə ki, ən əsası əla Toyota avtomobilləridir. Bu dəniz kənarında təşkil olunmuş əsl bayramdır, üstəgəl qəşəng qurulmuş masa və hədiyyələr. Toyota menecmenti bütün dünyada ən qabaqcıl mövqedədi, bu gün biz şəxsən bunun şahidi olduq. Hər şey detalına qədər düşünülüb! Test-drayv festivalının iştirakçıları bir müddət Toyota aləmində oldu”.
Rəsmi diler - Toyota Abşeron Mərkəzinin salonunda fərdi test-drayva yazılmaqla Toyota avtomobillərinin bütün üstünlüklərini öz üzərində hiss etmək mümkündür. Ziyarətçilər həmçinin model sırası və ehtiyat hissələrinin böyük bazası ilə tanış ola bilərlər. Maksimal rahatlıq təmin etmək üçün salonda müştərilərin ixtiyarına komfortlu istirahət zonası verilir. Peşəkar ustalar xüsusi treninqlər keçərək müvafiq sertifikatlar alıblar və təmir üzrə istənilən xidmətləri təklif etməyə hazırdırlar. Rəsmi diler olan Toyota Abşeron Mərkəzinin salonu Bakı-Sumqayıt şosesi, 6-cı km ünvanında yerləşir.  

Əlavə məlumat üçün:
Tel.: +994 12 349 00 60 / *0110
E-mail: info@toyota-absheron.az
Web: www.toyota-absheron.az 























Sizin "cookie" tənzimləməriniz

Toyota veb-saytları "cookie"-lərdən sizi daha təhlükəsiz təcrübə ilə təmin etmək, saytın ümumilikdə funksionallığını artırmaq və məzmunu fərdiləşdirmək məqsədilə istifadə edir.

"Cookie" siyasətimizi qəbul etməklə, məlumatlarınızın Toyota veb-saytından toplanması üçün bizə icazə verirsiniz. Daha ətraflı öyrənin və ya tərcihlərinizi dəyişmək üçün irəli davam edin "Cookie" tənzimləmələri Səhifəsi.

OK