Broşur sifariş etmək
Test-drayva yazıl
Texniki qulluq üçün qeydiyyatdan keçin
Diler ilə əlaqə
Müştəriyə dəstək
“Toyota Xəyallarımdakı avtomobil”

“Toyota Xəyallarımdakı avtomobil”


Bəzən balacalar sadəcə şəkil deyil, öz arzularının, xəyallarının rəsmini çəkirlər. Və bəzən də kiçiklərin cızma-qara etdikləri ağ vərəqlərdə çox böyük xəyalların cizgilərini görmək olur.
Balacaların belə rəngarəng fantaziyalarından ilham alan “Toyota Xəyallarımdakı Avtomobil” mövzusunda uşaq rəsm müsabiqəsi elan edir. Balaca rəssamınıza öz xəyalında canlandırdığı gələcəyin avtomobilini çəkməyi təklif edin. Bu şəkli Toyota Abşeron Mərkəzinə gətirib müsabiqəyə qatılın. Qalibləri bir-birindən maraqlı hədiyyə və mükafatlar gözləyir.  


Qeyd edək ki, Azərbaycanda təşkil olunan “Toyota Xəyallarımdakı avtomobil” rəsm müsabiqəsi dünyada 2004-cü ildən etibarən keçirilir. Hər il get-gedə daha böyük maraq oyadan yarışda sadəcə 2015-ci ildə dünyanın 81 ölkəsindən 850 min rəsm əsəri iştirak edib. Müsabiqə avtomobilləri uşaqlara sevdirmək və onların xəyal aləmini inkişaf etdirmək məqsədi daşıyır. 


Kim bilir, bəlkə də gələcəyin avtomobilini elə sizin balacanız çəkəcək! 


Müsabiqənin şərtləri


“Toyota Xəyallarımdakı avtomobil” müsabiqəsi 3 yaş kateqoriyası üzrə keçirilir:


1. 8 yaşa qədər


8-11 yaş arası


12-15 yaş arası 


Rəsmlər karandaş, yağlı karandaş (pastel), flamaster, boya, yağlı boya, akvarel ilə A4 və A3 formatlı kağızda çəkilməlidir.


Rəsmlər 01 Noyabr 2016 tarixindən 20 Dekabr 2016 tarixinə qədər Toyota Abşeron Mərkəzində qəbul edilir. Milli müsabiqənin 9 qalibi diplom və hədiyyə ilə mükafatlandırılacaq.


İştirakçılardan xahiş olunur ki, anketi www.toyota-absheron.az saytından yükləyib doldurub və rəsmlə birlikdə Toyota Abşeron Mərkəzinə gətirsin. Anketləri Toyota Abşeron Mərkəzindən də əldə etmək olar.


Anketi buradan yükləmək olar: http://toyota-absheron.az/download/form.pdf


Əlaqə nömrələri: 012 349 00 60/ *0110
Toyota Abşeron Mərkəzi
Bakı-Sumgayıt şossesi, 6-cı km

Sizin "cookie" tənzimləməriniz

Toyota veb-saytları "cookie"-lərdən sizi daha təhlükəsiz təcrübə ilə təmin etmək, saytın ümumilikdə funksionallığını artırmaq və məzmunu fərdiləşdirmək məqsədilə istifadə edir.

"Cookie" siyasətimizi qəbul etməklə, məlumatlarınızın Toyota veb-saytından toplanması üçün bizə icazə verirsiniz. Daha ətraflı öyrənin və ya tərcihlərinizi dəyişmək üçün irəli davam edin "Cookie" tənzimləmələri Səhifəsi.

OK