TOYOTA-dan yeni sığorta təklifi
Əlavə olaraq Toyota Casco ilə Siz aşağıdakıları əldə edəcəksiniz:
Üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası (əlavə ödənişlə)
Qeyd edilən paket qəza zamanı üçüncü şəxsə vurulan maddi zərərin ödənilməsindən Sizi siğortalayır.
Sığorta təminatı nəyə şamil olunur:
- Üçüncü şəxsin səhhətinə vurulmuş ziyan nəticəsində yaranmış xərclər
- Üçünü şəxsin əmlakına vurulmuş ziyan nəticəsində yaranmış xərclər
Sürücü və sərnişinlərin sığortalanması (əlavə ödənişlə)
Sürücü və sərnişinlərin sığortalanması yol-nəqliyyat hadisəsi nəticəsində sürücünün və sərnişinlərin səhhətinə vurulmuş ziyan səbəbindən yaranmış xərclərin ödənilməsini əhatə edir
Hissəli ödəniş imkanı
XÜSUSİ QEYD:
Təmir işləri yalnız rəsmi və səlahiyyətli servis mərkəzlərində yerinə yetiriləcəkdir.
Əlavə olaraq ödənişsiz təminat:
-
1 dəfə zədələnmiş avtomobilin evakuasiyası
Sığorta hadisəsi səbəbindən zədələndiyi halda avtomobil hadisə yerindən təmannasız olaraq Xüsusi evakuator avtomobili vasitəsi ilə yüklənərək Rəsmi servis mərkəzinə çatdırılacaq.
-
Maksimal təminat
Amortizasiya əmsalı tətbiq olunmadan Avtomobil dəyərinin 2 ilə qədər quvvədə saxlanılması. 2 il ərzində tam məhvolma və ya oğurluq hadisəsi (tapılmadığı halda) baş verərsə, avtomobilin dəyəri alış dəyəri kimi hesablanacaq.
-
Sürücü təminatı
Qanuni əsaslarla avtomobili idarə etmək hüququ olan hər hansı bir sürücünün vurduğu ziyan sığorta təminatına daxildir.
TƏMİNAT | TƏSVİR | PREMİUM |
---|---|---|
CASCO | Tam məhv olma (Tam dəyər) | Bəli |
Qaçırılma (Tam dəyər) | Bəli | |
Yol-nəqliyyat hadisəsi | Bəli | |
Yanğın, partlayış | Bəli | |
Təbii fəlakətlər | Bəli | |
Oğurluq, Quldurluq | Bəli | |
Vandalizm | Bəli | |
Düşən əşyalardan dəyən ziyan | Bəli | |
Heyvanlardan dəyən ziyan | Bəli | |
Zədələnmiş avtomobilin evakuasiya xərcləri | Bəli | |
Təmir işləri | Rəsmi servis mərkəzi | Bəli |
Ərazi | Azərbaycan Türkiyə Rusiya Gürcüstan | Bəli Bəli (əlavə ödəniş) Bəli (əlavə ödəniş) Bəli (əlavə ödəniş) |
Polis protokolu | Tələb edilmir | Ön şüşənin zədələnməsi |
Əlavə xidmətlər | Çağrı Mərkəzi (24/7/365) Taksi xıdməti | Bəli |
Qeyd: bu broşür komersiya təklifi deyil. Tarif və tam şərtləri Satış Mərkəzindən öyrənə bilərsiniz.