Çarxların dönməsini təmin etmək məqsədilə sizin Toyota Mühərrikiniz mükəmməl ahənglə işləyən digər bir çox komponentlərə istinad edir. Bu komponentləri gücləndirən isə V-kəməridir. Odur ki, Toyota V-kəmərinizin tam işlək vəziyyətdə olmasını təmin etmək çox mühümdür.
Avtomobilinizin V-kəmərinin aşındığı halda, siz aşağıdakı əlamətləri müşahidə edə bilərsiniz:
- Zəif akkumulyator batareyası
- Kəmər sürüşdüyü halda qeyri-adi səs-küy
- Ventilyasiya və ya sükan hidrogücləndiricisi ilə bağlı problemlər
- Kəmərin üzərində gözlə görünən zədə


Aşınmış kəmərin yeni orijinal Toyota V-kəmərlə əvəzlənməsi ilə avtomobiliniz mümkün olan ən yüksək səmərəliliklə çalışacaq. Səbəbi isə:
- Hər bir Toyota modeli üçün xüsusi dizayn edilmişdir, yəni mükəmməl şəkildə uyğun gəlir və düzgün işləyir
- Möhkəm, istiliyə davamlı material etibarlılığı, çevikliliyi və möhkəmliyi artırır
- Bizim V-kəmərlər rezin örtüklü olduğu üçün uzunmüddətlidir
Yalnız orijinal Toyota V-kəmərlər xüsusilə Totoya avtomobilləri üçün dizayn edilmiş və hazırlanmışdır. Səyahət zamanı öz rahatlığınız naminə V-kəmərinin Toyotanın Səlahiyyətli Təmirçisi tərəfindən yoxlandığından əmin olun.
Mufta
Getdiyiniz istənilən yerdə rahat səyahət üçün
Toyota Mühərrik yağı
Toyotanızın həyat gücü
Aktiv Təhlükəsizlik Sistemi
Toyota Safety Sense
Toyota akkumulyator batareyaları
Yolda həyatınıza enerji qatır